K.Rəykkönendən paltar kolleksiyası

Finlandiyanın MPH Trading şirkəti Kimi Rəykkönenlə birlikdə Leavemealone internet mağazası açıb, mağaza rəsmi paltar kolleksiyası satacaq, paltarların üzərini isə finlandiyalı […]

Finlandiyanın MPH Trading şirkəti Kimi Rəykkönenlə birlikdə Leavemealone internet mağazası açıb, mağaza rəsmi paltar kolleksiyası satacaq, paltarların üzərini isə finlandiyalı sürücünün Abu Dabi Qran Prisində söylədiyi və dillər əzbəri olan qanadlı ifadələri bəzəyəcək.

Kolleksiyaya qaran rəngli futbolka, balaxon və xizək papaqları daxildir, hər bir geyim əşyası qızılı rəngdə ingilis dilində yazılarla bəzədilib. Hər bir geyim əşyası iki variantda istehsal olunub: “Məni rahat buraxın, mən bilirəm nə edirəm! və “Bəli! Bəli! Bəli! Mən onsuz da hər an bu işlə məşğulam! Hər saniyə bunu mənə xatırlatmaq lazım deyil” yazıları ilə.

Qeyd edək ki, qara fonda qızılı yazılar çox gözəl görünür, hər bir ifadənin altında sürücünün adı və soyadı, söyləndiyi yarışın adı, komandanın adı və sürücünün faksimile imzası həkk olunub. Təəssüf ki, internet mağazadan bu geyimləri ölkəmizə sifariş vermək mümkün deyil…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*