K.Rəykkönen: Xalsız qalandan sonra mənası yoxdur

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, xalsız qaldıqdan sonra tutduğu yerin önəmi yoxdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Belçika yarışını 12-ci yerdə bitirib və Ferrari motorlu sürücülər arasında ən yaxşı nəticəni əldə edib.

Kimi Rəykkönen: “Nəticə məyusedicidir. Xal qazanmamısınızsa, deməli yarış boşa keçib. 12-ci yerlə sonuncu yerin fərqi yoxdur. Xal almayandan sonra mənim üçün mənası yoxdur.

Bolid yaxşı olsa da, AlphaTaurini keçmək üçün düzlük sürətimiz yox idi. Son dövrələrdə isə təkərdə yanıq hissə yarandı. Yarışda ayağıma nəsə gəlirdi. Su ya da başqa şey sızmışdı.

Ferrari sürücülərini qabaqlamaq sevindirici hal deyil. Çünki vəziyyət pisdir. Tempimiz yoxdur. Düzlükdə AlphaTauri-ni ötmək üçün tempim yox idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*