Formula1-in keçmiş sürücüsü Kimi Rəykkönen ralli üzrə dünya çempionatında çıxışlarını davam etdirəcək. Bu gün qarşıdakı mövsümdə iştirak etmək üçün ərizələrin verilməsi müddəti başa çatıb və WRC-nin mətbuat xidmətinin Finlandiyanın MTV3 telekanalına bildirdiyinə görə, Rəykkönenin ərizəsi qeydiyyatın qurtarmasına 3 dəqiqə qalmış qəbul olunub.
Xatırladaq ki, atasının ölümündən sonra Kiminin builki planları naməlum qalmışdı, amma bu gün hər şey aydın olub – fevralın 10-13-də finlandiyalı sürücü yeni Citroen DS3 WRC-nin sükanı arxasında mövsümün ilk yarışına çıxacaq.
Sürücünün və komandanın rəmi bəyanatı gözlənilir…