Hələ dünən Kimi Rəykkönen Lotus E21-in sükanı arxasında Barselona testlərində işləyirdi, amma bu gün səhər Fransaya uçub və Renault şirkətinin qonağı olub.
Bu səfər çərçivəsində finlandiyalı sürücü Renault Sport-un Viri Şatiyondakı zavoduna baş çəkib, dörd Formula1 komandasını əla motorlarla təchiz edən motor ustaları ilə görüşüb. Amma bununla səfər başa çatmayıb: Kimi Yelisey çöllərindəki Renault salonuna da qonaq olub, burada mətbuat konfransında, foto və avtoqraf sessiyalarında iştirak edib.
Bütün tədbirlər yeni Renault reklam çarxının təqdimatı ilə başa çatıb – reklamda Rəykkönen elə özünü oynayır…