K.Rəykkönen: “Podiuma qalxmağa şadam”

Avropa Qran Prisinin startında Kimi Rəykkönen yalnız altıncı idi, amma yaxşı temp və düzgün strategiya sayəsində bir neçə mövqe qazanmaqla, […]

Avropa Qran Prisinin startında Kimi Rəykkönen yalnız altıncı idi, amma yaxşı temp və düzgün strategiya sayəsində bir neçə mövqe qazanmaqla, finiş xəttini üçüncü keçə bilib…

Kimi Rəykkönen: “Bütün yarışı maksimumda keçirdim, amma maşın özünü əla aparırdı: cümə günü sərbəst yürüşlərdə uzun məsafədə maşın rəqabətədavamlı idi və mən ümid edirdim ki, yarış uğurlu olacaq. Amma biz əvvəlki kimi rəqiblərimizə uduzuruq, əgər maşını sürətli olmağa məcbur edə biliriksə, onda biz üçüncü yerə ümid edirik, xüsusən də yarışda hər hansı bir insident olarsa. Mənim üçün bu uik-end uğurlu alındı və mən podiuma qalxmağa şadam.

Bu gün startdan sonra Niko Rosberqi arxada saxlamaq vacib idi, mən onunla eyni tempdə gedirdim. Bir müddət mən trafikə düşdüm, o yaxınlaşmağa başladı, amma o pit-stopa girən kimi mən bir neçə sürətli dövrə vurdum və bu kifayət etdi. Sonuncu hissədə maşın çox yaxşı gedirdi, sadəcə mövqeni saxlamaq lazım idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*