K.Rəykkönen: “Podium yaxşı nəticə olardı”

Böyük Britaniya Qran Prisi ərəfəsində Kimi Rəykkönen komandasının mətbuat xidmətinə uik-enddən ümidlərini şərh edib… Kimi Rəykkönen: “Silverstounda həmişə külək əsir […]

Böyük Britaniya Qran Prisi ərəfəsində Kimi Rəykkönen komandasının mətbuat xidmətinə uik-enddən ümidlərini şərh edib…

Kimi Rəykkönen: “Silverstounda həmişə külək əsir və tez-tez yağışlar yağır, hətta yayda da. Trasın xarakteri tez dəyişir, bu isə sazlanma axtarışını çətinləşdirir. Çempionatda yüksək mövqe tutanlar tabil hava gözləyirlər, amma bizim vəziyyət ayrıdır və biz əlimizdən gələni edəcəyik.

Biz birinci dəfədir ki, Silverstouna test keçirmədən gəlirik. Komanda bir neçə yenilik hazırlayıb, sərbəst yürüşlərdə biz onları yoxlayacayıq və bu üç sessiyadan maksimum yararlanmalıyıq. Silverstounda maşının efektliyi və sürətli döngələrdə asfalta yatma qüvvəsi çox vacibdir, biz ümid edirik ki, yeni elementlər Türkiyədə rəqiblərə uduzuduğumuz sahələrdə inkişafa imkan verəcək.

Mən artıq demişəm, səbirli olmaq lazımdır. Gərgin işimiz sayəsində komanda irəliləyir, amma hələlik biz Brawn GP ilə qələbə uğrunda mübarizə apara bilmirik, lakin mən əminəm ki, biz neçə yarışdan sonra biz geriqalmanı ləğv edəcəyik. Mən bilirəm ki, bizim azarkeşlərimiz bunu arzulayırlar və biz uğur qazanamq üçün hər şey edəcəyik. Bizi çətin yarış gözləyir və podium yaxşı nəticə olardı.

Mənim üçün bu xüsusi trasdır, bu trasda mən beynəlxalaq seriyalarda karyeramı başlamışam və həmişə burada şıxış etməkdən ləzzət almışam. Heyif ki, builki yarış sonuncu olacaq, amma etiraf etməliyəm ki, Doninqton da mənim xoşuma gəlir – mən orda da qələbə qazanmışam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*