Kimi Rəykkönen NASCAR seriyasında Qreşam trasında Kyle Busch Motorsports komandasının heyətində Toyota Tundra pikapının sükanı arxasında ikigünlük testləri uğurla başa vurub.
Testlər şəxsi xarakter daşıyıb – mətbuat və azarkeşlər trasa buraxılmayıblar, nəticələr dərc olunmayıb, amma komandanın nümayəndələri deyiblər ki, Kimi bütün proqramı tam yerinə yetirib və yaxşı nəticə göstərib.
Rəykkönen NASCAR-da rəsmən mayın 20-də debüt etməlidir.