Britaniyanın Daily Mirror qəzeti yazır ki, Kimi Rəykkönen McLaren komandası ilə niyyət razılaşması bağlayıb, razılaşmaya əsasən finlandiyalı sürücü 2010-cu ildə komandanın əsas sürücüsü olmaq üçün danışıqlar apara bilər, amma bunun üçün o əvvəlcə Ferrari ilə münasibətlərini tənzimləməlidir…
Qeyri-rsəmi məlumatlara görə, Kimi Ferrari ilə cari müqaviləsini pozmağa hazır deyil, müqavilənin müddəti gələn ilin sonunda başa çatır, amma komanda ona 2010-cu ilin bütün əmək haqqını – 30 milyon funt sterlinqi ödəsə vəziyyət dəyişə bilər.
Kimi Rəykkönen 2002-2006-cı illərdə McLaren-də çıxış edib…