Kimi Rəykkönen Valensiyada ikigünlük testləri başa vurub – 2007-ci ilin dünya çempionu ikiillik fasilədən sonra birinci dəfə Formula1 maşının sükanı arxasında işləyib: Lotus komandası sürücünün ixtiyarına 2010-cu ilin Renault R30 maşının verib ki, finlandiyalı sürücü yarış formasını tezliklə bərpa etsin.
Lotus komandasının mətbuat xidməti hələlik Rikardo Tormo adına avtodromda işin təfərrüatları barədə xəbər verməyib, sadəcə məlumdur ki, nahardan əvvəl Kimi sıralanma turu rekimində işləyib, pit-stoplar edib, start proseduru üzərində çalışıb. Nahardan sonra proqram dəyişib: maşının çəninə yanacaq vurulub və Kimi trasda iyirmi və daha çox dövrələr vurmağa başlayıb.