K.Rəykkönen: “İdeal nəticədir!”

Kimi Rəykkönen Spa trasını çox sevir və bu gün bu trasda növbəti, dördüncü qələbəsini qazanıb. Belçika Qran Prisinin finişindən sonra […]

Kimi Rəykkönen Spa trasını çox sevir və bu gün bu trasda növbəti, dördüncü qələbəsini qazanıb. Belçika Qran Prisinin finişindən sonra mətbuat konfransında o bildirib ki, bu il heç olmasa bir yarışda qalib gəlmək istəyirdi, indi bu məqsədinə çatıb…

Kimi Rəykkönen: “Mövsüm bizim üçün ilk yarışda asan alınmadı, biz top-komandalardan geri qalırdıq, amma sonra artıq Barselonaya ciddi inkişaf etdik. Lakin bu inkişaf kifayət deyildi, indi isə artıq bir neçə yarışdır ki, bizim maşına heç bir yeni komponent qoyulmur, çünki əsas gücümüzü gələn mövsümə hazırlığa yönəltmişik.

Sonuncu dəfə qələbə qazandığım yarışdan çox vaxt ötüb, ona görə də bugünkü nəticəni ideal adlandırmaq olar. Mən bu il heç olmasa bir yarışda qələbə qazanmaq istəyirdim və indi isə Mühəndislər Kubokunda üçüncü yeri qoruyub saxlamağa çalışacayıq.

Bu gün biz qələbə qazanmaq üçün çox çalışmalı olduq. Bəlkə də bizim maşın ən sürətli deyildi, amma yarışın gedişində biz liderliyimizi qoruya bildik, heç kimi irəli buraxmadıq. Bütün komanda üçün əla nəticədir! Ümid edirəm ki, hələ çempionatın sonuna kimi biz bir daha uğur qazana biləcəyik, amma bu trasda mən həmişə uğurla çıxış edirəm. Baxaq görək mövsümün son hissəsi necə keçəcək.

Məm başa düşürdüm ki, Cankarlonu ilk dövrələrdə keçməliyəm, bilirdim ki, pit-stoplara eyni vaxtda yollanacayıq. Əgər mən Təhlükəsizlik Maşını trası tərk etdikdən sonra onu keçə bilməsəydim, vəziyyət çətinləşə bilərdi, axı bu gün Force İndia çox sürətli idi.

Ona görə də mən birinci döngədə Cankarlonun maşınına maksimum yaxınlaşdım, sonra Eau Rouge döngəsinə kimi onun arxasından qopmadım. Təpənin başında çatışmaz dönüşlük hiss olundu, hətta az qala trasdan çıxacaqdım, amma sonra KERS-dən istifadə etdim və çox asanlıqla Fizikellanı keçdim. Bundan sonra yarışı yaxşı başa vurmaq üçün səhvə yol verməməyə çalışmaq lazım idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*