K.Rəykkönen Formula1-ə qayıtmasını istisna etmir

Keçmiş Formula1 sürücüsü Kimi Rəykkönen ralli üzrə dünya çempionatında ikinci mövsümünə hazırlaşır – mövsümün ilk yarışın fevralın 11-13-də İsveçin qarlı […]

Keçmiş Formula1 sürücüsü Kimi Rəykkönen ralli üzrə dünya çempionatında ikinci mövsümünə hazırlaşır – mövsümün ilk yarışın fevralın 11-13-də İsveçin qarlı yollarında baş tutacaq.

Xatırladaq ki, finlandiyalı sürücü Citroen DS3 WRC maşınının sükanı arxasında oturacaq və özünün şəxsi İCE 1 Racing komandasının şərəfini qoruyacaq – komandanı sürücünün şəxsi sponsorları maliyyələşdirirlər. Rəykkönenin proqramı bu il çempionatın 13 yarışından 10-da iştirak etməyi nəzərdə tutub. Kimi isə gələcəkdə Formula1-ə qayıtmasını istisna etmir…

Kimi Rəykkönen: “Mümkün olmayan heç nə yoxdur, amma nə qədər çox vaxt keçirsə, qayıtmaq da o qədər çətin olur. Əgər Formula1-dən ötrü darıxsam, qayıdacam, amma hələlik bunu istəmirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*