Bu gün Finlandiyada Vaakuna rallisi, milli çempionatın növbəti mərhələsi başa çatıb, bu rallinin xüsusi qonağı isə Kimi Rəykkönen olub. Əvvəlcə Kiminin işləri pis getməyib, o turnir cədvəlində 7-ci yerə kimi qalxıb, amma sondan əvvəlki altıncı xüsusi sahədə onun idarə etdiyi Fiat Abarth S2000 trasdan çıxıb. Tamaşaçıların köməyilə yarışa qayıdan Rəykkönen yeddi dəqiqə vaxt itirib və bununla da yaxşı nəticə göstərmək şansını əldən verib…
Kay Lindstrem, Kiminin şturmanı: “Bu şətin trasda sürətli yarış idi və Kimi yeni təcrübə qazandı. Lakin dar yolda o bir az diqqəti əldən verdi və maşın trasdan çıxdı.”
Nəticədə Kimi yarışı 23-cü yerdə başa vurub və finişdən sonra etiraf edib ki, hadisədə özü günahkardır: “Biz yaxşı yerdə trasdan çıxdıq, yaxınlıqda tamaşaçılar var idi, onlar bizi trasa qaytardılar. Əlbəttə, yarışı problemsiz başa vurmaq daha yaxşı olardı, amma bu mənim səhvim idi.”