K.Rəykkönen bu gün trasa çıxmayacaq

Mövsümöncəsi testlərin Barselonada sonuncu seriyasının son iki gününü Lotus E21-in sükanı arxasında Kimi Rəykkönen işləməli idi, amma bu gün testlər […]

Mövsümöncəsi testlərin Barselonada sonuncu seriyasının son iki gününü Lotus E21-in sükanı arxasında Kimi Rəykkönen işləməli idi, amma bu gün testlər başladıqdan bir az sonra komanda məlumat verib ki, sürücü mədə pozuntusu üzündən sükan arxasına otura bilməyəcək.

Testlərin ilk iki günü trasda işləmiş Roman Qrojan bu gün səhər Barselonanı tərk edibmiş və indi təyyarə ilə geri qayıdır, onun nahardan sonra çatması gözlənilir. Nahara qədər sükan arxasında komandanın ehtiyat sürücüsü Davide Valsekki işləyəcək. Komanda ümid edir ki, sabah Rəykkönen trasa çıxa biləcək…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*