Ferrari komandası Braziliyada yalnız üç xal qazana bilib – Kimi Rəykkönen altıncı yeri tutub, Cankarlo Fizikella isə 11-ci olub. Əla start almış Kimi Rəykkönen elə birinci dövrədə Mark Uebberlə toqquşmadan qaça bilməyib, nəticədə onun F60-ının burun elementi sınıb: finlandiyalı sürücü boksa getməli olub və peletonun sonuna düşüb…
Kimi Rəykkönen: “Birinci dövrədə baş verən insident mənim bütün yarışımı korladı. Əvvəlcə mənim maşınımı döngədə vurdular, sonra mən Uebberi keçmək istəyəndə bizim maşınlar toqquşdu və mən ön qanadımı itirdim. Pit-stopda isə gözümə benzin damcıları düşdü – Kovalaynen pitdən vaxtından əvvəl çıxdığı üçün yanacaqdoldurma şlanqı onun maşınına ilişib qalmışdı. Sonra benzin od tutub yandı, mən bir anlığa kor oldum, dayanmaq istədim, amma xoşbəxtlikdən od tez söndü. Amma gözlərim hələ də ağrıyır.
Restartdan sonra mən taktikanın hesabına bir neçə mövqe qazana bildim: hər halda bir neçə xal qazandım. Mən çox məyus oldum, çünki əmin idim ki, nu gün podium qazanacam.
Bizi qarşıda yeni bir tras gözləyir: Abu Dabidə Mühəndislər Kubokunda bu gün itirdiyimiz üçüncü yeri qaytarmağa çalışacayıq – baxaq görək necə olacaq…”