Spada Belçika KİV-inə verdiyi müsahibəsində Kimi Rəykkönen bildirib ki, o Formula1-dəki gələcəyi barədə narahat deyil və əgər Ferrari müqaviləni pozarsa, alternativ variantlar hazırlayır…
Kimi Rəykkönen: “Əgər hər hansı bir səbəb üzündən mən gələn il Ferrari-də çıxış edə bilməsəm, onda mən digər komandanın maşınının sükanı arxasında oturacam. Bu problem deyil, komandaların marağı var və Formula1-dən getmək üçün mən çox gəncəm. Hazırda mənim gələn il üçün Ferrari ilə müqaviləm var, əgər mən yarışmaq istəməsəydim müqaviləni uzatmazdım.”
Şayiələr görə, Rəykkönenin nümayəndələri Brawn GP və McLaren komandaları ilə danışıqlar aparırlar…