Krək: Lourens həmişə daha çox tələb edir

Aston Martin komandasının builki mövsümdə performansı hamı üçün sürpriz olub: britaniyalılar artıq ilk üç Qran Pridə üç dəfə podiuma yüksəlməklə keçən illə müqayisədə daha çox xal toplayıblar.

F-1.az xəbər verir ki, belə uğurlu starta baxmayaarq, komandanın başçısı Mayk Krək deyib ki, komandanın sahibi Lourens Stroll onlardan daha çox şey gözləyir.

Mayk Krək: “Komandanın missiyası aydındır. Hər yarışdan sonra Lourens nə vaxt qalib gələcəyimizi soruşur. O, bizim irəliyə doğru böyük addım atmağımızdan məmnundur, lakin bu, onun ambisiyalarını təmin etmək üçün kifayət deyil. Lourens ilə siz həmişə nəyi hədəfə alacağınızı bilirsiniz. O, daha çox istəyir – və biz bunu etməliyik.

Müxtəlif xüsusiyyətlərə malik üç trasda üç yarışı arxada qoymuşuq. Biz, ümumiyyətlə, bütün traslarda rəqabətədavamlı olduq və indi biz əminik ki, hər yerdə sürətli olacağıq, baxmayaraq ki, xüsusiyyət diapazonu çox böyükdür – Bakıdakı uzun düzlüklərdən tutmuş Monakoda düzlüklərin olmamasına qədər. Bu fərq mövsüm ərzində qüvvələr balansına bir az təsir edəcək.

Hər şey ola bilər. Qələbə qazanmaq üçün həmişə əlinizdən gələni etməli, hər trasda maşının potensialını 100% açmalısınız”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*