Krək: Biz geriləmənin səbəbini araşdıracağıq

Formula1-də nəticələr həmişə bir-birinə bağlıdır, əgər bir komanda inkişaf etsə, digəri geri gedər, lakin Aston Martin əmin edir ki, Barselonada Mercedes-in qazandığı onların itirdiyindən azdır.

F-1.az xəbər verir ki, Aston Martin komandasının başçısı Mayk Krək hər şeyi yoluna qoyacağını vəd edir.

Mayk Krək: “Alonso Barselonada yarışa ikinci yerdən başlasaydı belə, yarışın ilkin mərhələlərində, ilk 15 dövrədə Mercedes-i arxamızda saxlamaq bizim üçün çətin olacaqdı. Müxtəlif dövrələrdə biz 0.5-0.7 saniyə itirirdik.

Bunu mütləq araşdırmaq lazımdır. Rəqiblərimizlə müqayisədə tempimizin aşağı olmasından məyus olduq, xüsusən də yarışın ilk hissəsində. Yarışın bu mərhələsində geridə qalmağımızın niyə bu qədər ciddi olduğunu anlamaq lazımdır.

Bazar günü havanın və asfaltın temperaturu tədricən aşağı düşdü, biz düşündük ki, bu, təkərlərin daha yumşaq tərkibinə kömək edəcək, lakin bəzi rəqiblər sadəcə bizim yanımızdan şütüyüb keçirdilər – bunun səbəbini mütləq başa düşməliyik.

Düşünmürəm ki, bu, Mercedes-in tərəqqisi ilə bağlıdır, çünki biz daha bərk tərkibli təkərlərdə olanda rəqiblərimizdən geri qalmırdıq. Hard təkərlərdə olarkən yarışın sonunda biz çox rəqabətli idik, lakin o vaxta qədər biz çox geri qalmışdıq. Bununla belə, dramatik heç nə baş vermədi – iki maşınla ilk onluğa daxil olduq, çoxlu xal qazandıq.

Qüvvələr nisbətindəki dəyişikliklərdən danışmaq hələ çox tezdir – biz hələ ümumi mənzərəni dəyərləndirməmişik. Mövsümün əvvəlində vəziyyəti qiymətləndirmək üçün üç yarış lazım olduğunu deyirdik və indi də heç nə dəyişməyib. Ola bilər ki, başqaları bizdən daha çox inkişaf ediblər və irəli gediblər, lakin bizim əlimizdə olan ilkin təhlilimiz hələ bunu təsdiqləmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*