Krək: Alonso komandanın gələcəyində böyük rol oynayacaq

Peletonun ən yaşlı sürücüsü Fernando Alonso karyerasını 2023-cü ildə Aston Martin karyerasında davam etdirəcək.

F-1.az xəbər verir ki, komandanın başçısı Mayk Krək hesab edir ki, ispaniyalı sürücü idman karyerasını başa vurduqdan sonra brendin təmsilçisi və ya menecer rolunu üzərinə götürməklə Aston Martin-də qala bilər.

Mayk Krək: “Artıq onunla bu mövzuda məhsuldar söhbətim olub. İnanıram ki, Fernando ilə əməkdaşlıq sadəcə bir maşın idarə etməkdən daha çox ola bilər.

O, bizə qoşuldu, komandanın vacib üzvü oldu – görək əməkdaşlıq necə inkişaf edəcək. Fernandonun komandanın gələcəyində böyük rol oynaya biləcəyinə şübhə yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*