Kravits Red Bull-un üstünlüklərindən bəhs edib

Nüfuzlu jurnalist keçən mövsümü çempion kimi tamamlamış komandanın builki şanslarını dəyərləndirib.

F-1.az xəbər verir ki, Ted Avstriya komandasının üstün olacağını üç nüansla əsaslandırıb.

Ted Kravits: “Red Bull mövsümə keçən mövsümün sonundan daha yüngül, yeni şassi ilə başlayacaq. Onun çəkisi qaydalarla icazə veriləndən az olacaq, bu da komandaya optimal tarazlığa nail olmaq üçün ballast əlavə etməyə imkan verəcək.

İkinci üstünlük ondan ibarətdir ki, onlar maliyyə pozuntularına görə cərimə qüvvəyə minməmiş bütün layihə və tikinti işlərini başa çatdırıblar. Komanda cərimənin təsirini yalnız bu mövsümün sonunda və 2024-cü ildə hiss edəcək.
Üçüncüsü, onların heyətində Maks Ferstappen var. Maks indi ən yaxşı sürücüdür, çünki o, hətta Lyuis Həmiltonla belə əla formadadır”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*