Krak Strollu tərifləyib

Kanada Qran Prisində Fernando Alonso bu mövsüm altıncı dəfə podiuma yüksəlib, onun komanda yoldaşı Ləns Stroll isə doqquzuncu olub.

F-1.az Racingnews365-ə istinadən bildirir ki, bununla belə, Aston Martin komandasının direktoru Mayk Krak sürücünün Monrealdakı ev yarışında göstərdiyi performansı yüksək qiymətləndirib.

Mayk Krak: “Məncə, Ləns yaxşı iş gördü. Təsnifat mərhələsində dartma problemi var idi, ona görə də maşında olarkən özünəinam hiss etmirdi, buna görə də sessiya Stroll üçün çox çətin keçdi. Bununla belə, yarışda çox yaxşı pilotluq etdi. Biz Lənsi tıxacdan çıxara bildik və o, boş trasda olanda Hard təkərlərlə liderlərlə eyni dövrəvi nəticələr əldə edirdi. On altıncı yerdən başlayandan sonra doqquzuncu olmaq böyük nailiyyətdir.

Kənardan baxanda komanda yoldaşının ikinci olduğu yarışı doqquzuncu yerdə başa vurmaq pis görünür, amma başlanğıc mövqeyini nəzərə alsanız, bu, çox yaxşı nəticədir. Düşünürəm ki, Ləns qarşıdakı yarışlarda qazandığı təcrübədən istifadə edəcək. Biz bilirik ki, o, növbəti mərhələlərin baş tutacağı Red Bull Rinq kimi yüksək sürətli traslarda çox sürətlidir. Ona görə də iki maşınla xal qazanmağa davam edəcəyimizə əminəm”.

Xatırladaq ki, Ləns hazırda çempionatda 37 xalla 8-ci yerdədir və komanda yoldaşı Fernandodan 80 xal geri qalır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*