İspaniya Avtoİdman Federasiyasının prezidenti Karlos Qrasia Ferrari-nin zədələnmiş Felipe Massanı test sürücü Luka Badoyerlə əvəz etməsi qərarını tənqid atəşinə tutub. Badoyer sonuncu dəfə 10 il bundan əvvəl yarışın startına çıxıb və Qrasia bu qərarı “absurd” adlandırıb, onun fikrincə, komandanın ikinci test sürücüsü Mark Jene bu işin öhdəsindən daha yaxşı gələ bilərdi…
Karlos Qrasia: “Bu Ferrari rəhbərliyinin tarixdə qəbul etdikləri ən absurd qərardır. Məncə, Jene daha yaxşı hazırlaşıb. Mən hesab edirdim ki, Ferrari Markın iyun ayında “Lə Manın 24 saatı” yarışında qalib gəlməsini nəzərə alacaq. Jene Badoyerlə müqayisədə daha yaxşı fiziki formadadır.”