Kovalaynen Finlandiya Ralli Çempionatında yarışacaq

Renault, McLaren, Caterham və Lotus komandalarının keçmiş pilotu Heykki Kovalaynen karyerasını Finlandiya Ralli Çempionatında davam etdirəcək.

F-1.az xəbər verir ki, bu ilin noyabrında finlandiyalı sürücü Yaponiyada WRC-də debüt etmişdi və 2023-cü ildə tam mövsümü vətənində milli çempionatda keçirəcək.

Heykki Skoda Fabia Rally2-nin sükanı arxasında yeni Secto Labs komandasının şərəfini qoruyacaq. Maraqlıdır ki, Kovalaynenin komanda yoldaşı 2007-ci ilin dünya çempionu Kimi Rəykkönenin qardaşı oğlu 17 yaşlı Yustus Rəykkönen olacaq. Bu il Yustus WRC-də debütünü Finlandiya mərhələsində etmiş və Rally4 kateqoriyasında ən yaxın rəqibini 24 dəqiqə qabaqlayaraq birinci olmuşdu.

“Noyabrın ortalarında Yaponiyada keçirilən Dünya Ralli Çempionatının mərhələsində iştirak etdikdən sonra vəziyyət çox sürətlə inkişaf etdi, – deyə Heykki Kovalaynen Finlandiyanın “İltalehti” nəşrinə üçillik müqavilə imzalamasını şərh edib. – Komanda ilə görüşdük və tez razılaşdıq.

Ralli çempionatında iştirak etməyi çoxdan arzulayırdım. Nəhayət, arzum gerçəkləşdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*