Kosta: Zirvəyə qayıtmaq üçün Mercedes-in hər şeyi var

Ferrari və Mercedes-in keçmiş baş mühəndisi Aldo Kosta, Gazzetta dello Sport-a müsahibəsində bu komandaların mövcud problemlərini şərh edib.

F-1.az xatırladır ki, hər iki komanda gözləntiləri doğrultmayıblar və Red Bull-a böyük fərqlə uduzurlar.

Aldo Kosta: “Mən düşünmürəm ki, Ferrari komandanın rəhbərliyinin dəyişməsinə görə geri addım atsın. Biz digər komandaların timsalından bilirik ki, bu cür dəyişiklikləri mütləq idarə etmək olar.

Mercedes-in 2023-cü il maşını ilə problem yaşaması məni təəccübləndirmir. Uzun illərdir ki, onlar hamı üçün bələdçi olublar, amma qaydalar dəyişəndə ​​bəzən elə olur ki, yeni qaydaları düzgün şərh etməyi heç də hamı bacarmır.

Bəlkə də avtomobili hazırlayarkən Mercedes mühəndisləri digər komandalara nisbətən daha az cəsarətli idilər. Amma məhz belə çətinliklər komandanın əsl keyfiyyətlərini üzə çıxarır. Mercedes-də bu il zirvəyə qayıtmaq üçün hər şey var. Bizi inanılmaz döyüş gözləyir.

Formula 1-də uzunmüddətli uğur əldə etmək üçün tapmacanın bütün hissələrini – şassi, mühərrik, sürücü, komandanı düzgün yerləşdirmək lazımdır. Hər şey yüksək səviyyədə olmalıdır. Əgər keçmişdə Ferrari və ya Mercedes və indi Red Bull Racing kimi yarış komandası bunu bacararsa, bu üstünlük davamlı olacaq. Amma sonra yeni reqlamentlərlə Formula 1-də olduğu kimi nə isə dəyişir və əvvəllər uğurlu sistem tarazlıqdan çıxır. Bu, təkcə Formula 1-də deyil, bütün idman növlərində olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*