F-1.az bildirir ki, dünən Bəhreyndə Təlim və Tibbi Araşdırma Mərkəzində tibb mütəxəssislərinin mətbuat konfransı keçirilib. Konfransda ölkənin tibb xidmətlərinin nümayəndələri vətəndaşları qorumaq üçün təcili tədbirlər görüldüyünü elan ediblər.
İrandan ölkənin Beynəlxalq Hava Limanına Dubay və Şarja yolu ilə gələn insanlar arasında 23 koronavirus xəstəsi müəyyən edilib. Bununla əlaqədar olaraq, yaxın iki gün ərzində bu istiqamətlərdəki bütün uçuşlar dayandırılıb.
Qarşıdakı iki həftə ərzində bütün uşaq bağçaları, məktəblər və universitetlər karantinə bağlanıb.
Bəhreyn Qran Prisinə isə cəmi bir ay qalıb.