F-1.az xəbər verir ki, qruplarda mübarizə sürprizlərlə başa çatıb – çempionatın tanınmış və veteran sürücüləri mübarizəni erkən dayandırıblar. Maraqlıdır ki, bu mərhələdə ən sürətli nəticəni Aleks Palou göstərib – 01:06.3995. Digər qrupda isə protokollara çempionatın debütantı Kayl Körkvud başçılıq edib – 01:06.5593.
Bundan sonra hər iki qrupdan 6 sürücü mübarizəyə davam edib. Bu dəfə sessiya bir neçə dəfə qırmızı bayraqlarla dayandırılıb. Yekunda Roman Qrojan hamını qabaqlayıb – 01:06.3246. Onunla birlikdə son mərhələyə Pato O Vard, Kayl Körkvud, Markus Eriksson, Aleks Palou və Skott Dikson keçiblər.
Poul uğrunda mübarizə də gərgin mübarizə şrəaitində keçib, yenə də qırmızı bayraqlar dalğalanıb. Damalı bayraqdan sonra sürətli dövrədə olan sürücülər zirvədə bir-birini əvəz ediblər. Əvvəlcə Roman Qrojan liderliyi ələ keçirib, daha sonra Markus Eriksson birinci yerə yüksəlib və yekunda Andretti komandasının sürücüsü Kayl Körkvud ilk pouluna sevinib – 01:06.2878. Maraqlıdır ki, Markus liderə cəmi 0.0375 saniyə uduzub.
Bazar günü Bakı vaxtı ilə saat 23:30-da mövsümün 3-cü yarışı başlayacaq…