F-1.az xəbər verir ki, bununla belə, komandaların hələ də mühərrik təkmilləşdirmələri üçün qaydalarda boşluqlar var. Bu barədə Renault-nun mühərrik istehsalı bölməsinin başçısı Bruno Famen danışıb.
Bruno Famen: “Reqlamentə uyğun olaraq, bizim güc qurğusunun kompanovkasını, yəni sürücünün arxasında yerləşdirilməsini dəyişmək imkanımız var. Biz Enstoundakı həmkarlarımıza maşınının aerodinamikasını yaxşılaşdırmağa kömək etmək üçün yeni kollektor və ya qazburaxma sistemini quraşdıra bilərik.
Proqram təminatının hazırlanmasında biz çox məhduduq – ildə bir yeniləməyə icazə verilir. Əsasən, bütün motor təkmilləşdirmələri səmərəliliyin mərhələli şəkildə artırılmasına yönəldilir. Söhbət saf gücdən deyil, daha yaxşı idarəetmə və şassi ilə inteqrasiyadan gedir”.