Komandaların Macarıstandakı testlərdə iş qrafiki

Sabah Hunqarorinqdə ikinci və sonuncu mövsümiçi testlərə start veriləcək. Komandalar iki gün trasda işləyəcəklər.

F-1.az xatrladır ki, reqlament hər bir komandadan mövsümiçi ümumi 4 test gününün ən azı ikisində gənc sürücülərdən (Formula1-də maksimum 2 yarışa çıxmış) istifadəni tələb edir. Odur ki, bu dəfə biz xeyli gənc sürücü görəcəyik.

Ən çox diqqət Robert Kubitsanın üzərində olacaq. Polşalı sürücü ilk dəfə builki maşının sükanı arxasına keçəcək və onun əldə etdiyi nəticələr komandanın əsas sürücülərinin dünənki yarışdakı nəticələri ilə müqayisə olunacaq.

Force İndia heç bir əsas sürücüsündən istifadə etməyəcək – testlərin hər iki günündə Nikita Mazepin və Lukas Auer növbəli işləyəcəklər. Qeyd edək ki, bu, Lukasın Formula1 maşını ilə ilk sınağı olacaq.

Proqnozlar test günlərinə yaxşı hava vəd edir, yağıntı gözlənilmir…

Komanda 1 avqust 2 avqust
Mercedes AMG Corc Rassel Corc Rassel
Red Bull Maks Ferstappen Pyer Qasli
Ferrari Şarl Lekler elan olunmayıb
Force İndia Nikita Mazepin / Lukas Auer Nikita Mazepin / Lukas Auer
Williams Ləns Stroll Luka Gyotto
McLaren Stoffel Vandorn Lando Norris
Toro Rosso Şon Gelael elan olunmayıb
Haas Santino Ferruççi Santino Ferruççi
Renault Nikolas Latifi Robert Kubitsa
Sauber Qustav Malya Nobuharu Matsuşita
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*