Komandaların büdcələrini 200 milyon dollarla məhdudlaşdıracaqlar

Formula1 komandalarının büdcələrinin məhdudlaşdırılması barədə xəbərlər ilk dəfə on il əvvəl peyda olmuşdu, amma o zaman real təkliflər elə kağızda da qalmışdı. Amma çempionat Liberty Media-nın əlinə keçdikdən sonra bu sahədə konktret addımlar atılmağa başlayıb.

F-1.az bildirir ki, məhdudiyyətlərin tətbiqi artıq 2019-cu ildən, yəni gələn ildən başlayacaq. Amma nəzərdə tutulan məbləğə, yəni 150 milyon dollar səviyyəsinə yalnız 2023-cü ildə çatmaq mümkün olacaq. Liberty Media-nın planına görə, 2021-ci ildə hər bir komandanın büdcəsi 200 milyondan çox olmamalıdır: bir il sonra 175 milyon dollarda dayanan məhdudiyyət 2023-cü ildə 150 milyon dollarla başa çatmalıdır.

Əlbəttə, bu məbləğdən istisnalar olacaq. Ümumi büdcəyə sürücülərin maaşı, marketinq xərcləri, Qran Pri zamanı qonaqların qəbulu xərcləri və s. daxil olmayacaq. Büdcə məhdudiyyətinin son detalları müzakirə prosesindədir – eyni zamanda, bu məhdudiyyəti aşan komandalara qarşı cərimə sanksiyaları da müzakirə olunur…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*