MERCEDES AMG
Lyuis Həmilton, Valtteri Bottas – müqavilələr təsdiqlənib |
Komanda ilə iki titul qazanmış Lyuis Həmiltonun müqaviləsi 2018-ci ilin sonunda başa çatacaq. Valtteri Bottasla isə Sinqapur yarışından əvvəl yenə də birillik müqavilə başlanıb.. |
FERRARİ
Kimi Rəykkönen, Sebastyan Fettel – müqavilələr təsdiqlənib |
Ferrari-nin hər iki sürücü ilə müqaviləsinin müddəti bu ilin sonuna qədər idi. Lakin Sebastyan Fettelə komandada daha 3 il qalmaq təklif olunduğu, alman sürücünün də komandaya Kimi Rəykkönenlə müqaviləni uzatmaq şərtini qoyduğu bildirilirdi. Ferrari avqustun 22-də Rəykkönenin daha bir il komandada qalacağını təsdiqləyib. Avqustun 26-da isə Fettellə müqavilənin 2020-ci ilin sonuna qədər uzadıldığı elan olunub. |
RED BULL
Daniel Rikkardo, Maks Ferstappen – müqavilələr təsdiqlənib |
Hər iki sürücünün komanda ilə müqaviləsi var. Rikkardo 2018-ci ilin sonuna qədər komandada qalmalıdır. ABŞ Qran Prisi ərəfəsində Ferstappenlə yeni üçillik müqavilə bağlanıb və hollandiyalı sürücünün 2020-ci ilin sonuna qədər komandada qalacağı elan olunub. |
FORCE İNDİA
Esteban Okon, Serxio Peres – müqavilələr təsdiqlənib. |
Estebanın komandada qalacağı dəqiq idi, Serxionun müqaviləsi isə Sinqapur yarışından 2 saat əvvəl təsdiq olunub… |
WİLLİAMS
Ləns Stroll – çoxillik müqaviləsi var, namizədlər – Daniil Kvyat, Sergey Sirotkin, Paskal Verlyayn, Robert Kubitsa, Pol di Resta |
Lənsin komandada uzun illər qalacağına şübhə yox idi. Massa mövsümün sonunda Formula1 karyerasını başa vuracağını elan etməklə, bir çox sürücülərə şans qismət etdi. Hazırda onu əvəzləməyə nazmiəd olanların sayı çoxdur… |
TORO ROSSO
Pyer Qasli, Brendon Hartli – müqavilələr təsdiqlənib. |
Komanda bu mövsümə Karlos Sayns və Daniil Kvyatla başlamış, lakin Malayziya Qran Prisindən etibarən Kvyatı Pyer Qaslinin əvəzləyəcəyi elan edilmişdi. Saynsın mövsümə Renault-da davam etməsi Brendon Hartlinin də Formula1-ə yolunu açmış və Yeni Zelandiyadan olan sürücü ABŞ Qran Prisində debüt etmişdi. Toro Rosso noyabrın 16-da gələn mövsüm Qasli və Hartli ilə yarışacağını təsdiq edib. |
HAAS
Roman Qrojan, Kevin Maqnussen – müqavilələr təsdiqlənib |
Cin Haas ən birinci təsdiq etdi ki, komanda gələn il stabilliyi qorumaq üçün sürücülərin heyətində də dəyişiklik etməyəcək… |
RENAULT
Niko Hülkenberq, Karlos Sayns – müqavilələr təsdiqlənib |
Niko ilə komandanın müqaviləni uzatmaq opsionu var idi və yay fasiləsində komanda bu hüququndan yararlandı. Sinqapur yarışı ərəfəsində isə komanda Karlos Saynsla birillik müqavilə imzaladı… |
McLAREN HONDA
Stoffel Vandorn, Fernando Alonso – müqavilələr təsdiqlənib |
Stoffel Vandornla komandanın uzunmüddətli müqaviləsi olsa da, avqustun 23-də onun 2018-ci ildə komandada qalacağı təsdiqləndi. Fernandonun müqaviləsi bu il başa çatırdı və onun hansı qərarı qəbul edəcəyi paddokda ən çox müzakirə olunan mövzu idi. İspan sürücü dəfələrlə bildirmişdi ki, yalnız podiuma yüksəlməyə və qələbələr qazanmağa imkan verən maşın olacağı təqdirdə yarışacaq. ABŞ Qran Prisi ərəfəsində isə ispaniyalı sürücünün komanda ilə birillik müqavilə bağlaması elan olundu. |
SAUBER
Markus Eriksson, Şarl Lekler – müqavilələr təsdiqlənib |
Əvvəldən məlum idi ki, Markus komandada qalacaq, çünki komandaya yaxşı sponsor dəstəyi cəlb edir. Dekabrın 2-də isə onun komanda yoldaşının Şarl Lekler olacağı elan olundu. |