F-1.az xəbər verir ki, Zandfort avtodromunda rekonstruksiya işlərini həyata keçirən Dromo şirkətinin arxitektoru Yarno Zaffelli bəyan edib ki, şirkət trasın yeni konfiqurasiyası haqqında bütün məlumatları komandalara verməyəcək.
“Komandalarda “tam olaraq hazır olmayan” məlumatlar var. Lakin bu məlumatlar belə bütün trası əhatə etmir. Biz onların simulyatorda məşq etməmələri üçün bu məlumatı müəyyən müddətə qədər özümüzdə saxlayacağıq. Sürpriz elementinin qalmasını istəyirik”, – deyə Zafelli bildirib.