F-1.az artıq bir neçə dəfə məlumat verib ki, yarışların baş tutması üçün koronavirusun yayılmasının qarşısını alacaq tədbirlər görmək, həm də ölkə rəhbərliklərinin razılığını almaq vacibdir.
Racefans-ın məlumatına görə, komandalar ilk yarışlara cəmi 80 əməkdaşla gələ biləcəklər ki, onların da sadəcə 60-ı maşın üzərində işləmək hüququna sahib olacaq. Neçə “Qapalı Tədbir” görəcəyimizi isə FİA və F1 rəhbərliyi təyin edəcək.