Komandalar xərclərin azaldılmasını nəzərdə tutan paket üçün səs veriblər

Komandaların cümə günü razılığa gəldiyi paket xərclərin azaldılmasını nəzərdə tutur ki, bu da koronavirusun nəticələrini aradan qaldırmağa kömək edəcək.

F-1.az bildirir ki, onlayn formada keçirilən səsvermənin nəticəsi gələnilki büdcə limitinin əvvəldən nəzərdə tutulanla müqayisədə 30 milyon azaldılaraq 145 milyon dollar təyin edilməsinə imkan verəcək. Bu rəqəm 2022-ci ildə 140 milyon, ondan sonrakı 3 ildə isə 135 milyon dollar olacaq.

Məhdudiyyətlər bununla bitməyəcək, komandaların imkanlarını nisbətən bərabərləşdirmək üçün aerodinamik araşdırmalara, aerodinamik boruda və CFD texnologiyası üzərində işlərə ciddi vaxt limiti tətbiq ediləcək. Lakin bu, ancaq gələn il üçündür – 2022-ci ildə isə çempion komanda qeyd olunanlardan kvotanın 70%-i qədərindən istifadə edə biləcək. Hər növbəti yeri tutan komanda 5% artıq istifadə edə biləcək ki, bu da çempionatın autsayderi üçün 115% deməkdir. Çempionata yeni komanda qoşularsa, sonuncu yerdəki komanda ilə eyni imkanlara sahib olacaq.

Müştəri komandaların fabriklərdən ala biləcəyi hissələr də bir daha nəzərdən keçiriləcək və komandalarnın büdcəsinə uyğunlaşdırılacaq.  Lakin mütəxəssislərin də dediyi kimi, qaydalar çox mürəkkəbdir və müzakirələrə ehtiyac var.

Bu paketi FIA-nın Avtoidman üzrə Ümumdünya Şurası təsdiq etməlidir, lakin komandaların razılığından sonra bu, yalnız formal xarakter daşıyır…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*