F-1.az xatərladır ki, keçən mövsüm hər bir komandaya sprint yarışlı həftəsonlarının hər biri üçün ümumi xərclərdən 150 000 dollar kənarlaşmağa və əlavə olaraq 100 000 dollar da maşına dəyən zərəri aradan qaldırmaq üçün istifadə etməyə icazə verilirdi. Büdcə məhdudiyyətlərində bu məbləğlər nəzərə alınmayıb və 2023-cü ildə rəqəmlər artacaq.
RacingNews365-in məlumatına görə, gələn il hər bir komanda hər sprint üçün 400.000 ABŞ dolları əlavə xərcləyə biləcək ki, bu da mövsüm ərzində 2,4 milyon dollar deməkdir.