F-1.az xatırladır ki, Red Bull-un gənc sürücü proqramı Kristian Klin, Sebastyan Fettel, Sebastyen Buemi, Xayme Algersuari, Jan Erik Vern, Daniel Rikkardo, Danil Kvyat, Karlos Sayns, Maks Ferstappen, Pyer Qasli və Brendon Hartli kimi sürücülər yetişdirib. Hazırda isə peletondakı 20 sürücüdən 6-sı “qırmızı öküzlər”in yetirməsidir.
Mia Şarizmən: “Biz yeni gənc sürücülərimizi açıqladığımız zaman xəbərlərə baxırdım. Gördüm ki, Red Bull gənc sürücülərini bizdən əvvəl açıqlayıb. Əlbəttə, bütün komandalar gənc sürücü yetişdirir, amma hamımız bu işi Red Bull və Helmut Markodan öyrənirik”.