Britaniyanın Autosport dərgisi xəbər verib ki, bu həftə baş tutacaq iclasda Formula1 komandaları qraund-effektin qaytarılması fikrindən imtina etməyi qərara alacaqlar.
İki ildən sonra Formula1-i daha bir radikal texniki inqilab gözləyir, bu islahata hazırlıq çərçivəsində qraund-effektin istifadəsi imkanları da müzakirə olunurdu. Nəzəri cəhətdən bu tədbir trasda mübarizənin kəskinliyini artıra bilər, çünki maşınlar bir-birinin ardınca sıx gedə bilərlər.
Amma bu təklifi diqqətlə təhlil etdikdən sonra komandalar imtina etməyə üstünlük veriblər. FOTA-nın Texniki reqlamentin işçi qrupunun (TWRG) Türkiyə uik-endi günlərində baş tutan görüşündə komandalar bu razılığa gəliblər. Gözlənildiyinə görə, bu qərar FİA-nın Texniki işçi qrupunun iclasında təsdiq olunacaq.
Səm Maykl, Williams-ın texniki direktoru: “Biz bu qərarı qəbul eləmişik, amma çərşənbə günü rəsmən təsdiq olunmalıdır. Keçən həftə TWRG həm FOTA, həm də FİA ilə danışıqlar aparıb, bazar günü isə biz bir daha toplaşmışdıq, çünki işçi qrupun tərkibindən Pəddi Lou, Ceyms Ki və Aldo Kosta çıxıb.
Təklifin mahiyyəti ondan ibarətdir ki, FİA asfalta yatma qüvvəsi və havaya müqaviməti müəyyən bir kəmiyyətdə saxlamaq istəyir, amma bu vəzifənin öhdəsindən gəlmək çətindir.
Qraund-effekti almaq üçün maşının altı konkret formada olmalıdır, Formula1-də çoxdan belə bir şey yoxdur, ona görə də komandalar üçün bu çətin yol olacaq.”
Qraund-effekti qaytarmaq fikrini Patrik Hed və Rori Börn kimi mötəbər mütəxəssislər irəli sürmüşdülər…