Son həftə komandalar və çempionatın rəhbərliyi Hindistan Qran Prisinin dekabrın 11-də keçirilməsinin mümkünlüyünü müzakirə eidblər – FOM Bəhreyn Qran Prisini oktyabrın 30-da keçirmək fikrindədir.
Monakoda komandaların nümayəndələri Ekklstounla görüşüblər və Berni bu variant üzərində təkidlə dayanıb, amma komandalar Mercedes GP komandasının başçısı Ross Braunun mövqeyini tutublar – personalın sayına qoyulan məhdudiyyətlər çərçivəsində komandalar mövsümü dekabrın ortalarəna qədər uzatmağa hazır deyillər, axı bir aydan sonra yenidən işə qayıtmalı olacaqlar.
Monakoda Ross Braun bir daha mövqeyini təkrar səsləndirib: “Şəxsən mən hesab edirəm ki, bu yolverilməzdir və biz bunu Berniyə bildirdik – o bizim rəyimizi bilir. Bu yanaşmadan istifadə etsək, biz hamımız ciddi problemlərlə üzləşəcəyik – bizim əməkdaşlarımız belə bir şəraitdə məhsuldar işləyə bilməyəcəklər. Komandaların öz mövqeyini bildirmək və qərarın qəbulunda iştirak etmək imkanları var. Ümumdünya Şurasının Bəhreyn barədə qərarını gözləyək, sonra fəaliyyətə başlayarıq.”
Cümə gününə qədər Bəhreyn mərhələsi barədə son qərar qəbul edilməlidir…