Melburnda Qran Pri uik-endinin başlanmasına bir həftə qalır – gələn cümə axşamı komandaların maşınları FİA-nın texniki təftişinə məruz qalacaq, sürücülər isə qarşıdakı mövsümün ilk rəsmi mətbuat konfransına qatılacaqlar, cümə günü isə trasda iş başlayacaq.
Komandalar yüklərini toplayıb qurtarıblar – bazalardan maşın və avadanlıqlar Frankfurt aeroportuna göndərilib, yaxın saatlarda yük FOM-un icarə etdiyi təyyarələrə yüklənəcək – Berni Ekklstounun şirkəti xüsusi çarter reyslərini sifariş edib.
Sabah və şənbə günü Avstraliyaya mexaniklərin, menecerlərin və logistika mütəxəssislərinin birinci briqadaları Avstraliyaya yollanacaqlar. Yeni mövsüm starta hazırlaşır!