F-1.az xatırladır ki, Formula1 üzrə 3 qat Dünya Çempionu Niki Lauda mayın 20-də böyrək probleminə görə dünyasını dəyişib. Mercedes komandası buna görə Monakoda hər iki bolidinə Niki Laudanın xatirəsinə xüsusi loqolar vuracaq. Hər iki maşının üzərində Danke Niki mesajı var və mühərrik qapağındakı ulduzlardan biri qırmızı rəngə boyanıb. Bu, Laudanın taxdığı qırmızı papağa həsr olunub. Bundan başqa Toro Rosso komandası da STR10-un saydpoduna “Danke Niki” yazısı və Avstryalı sürücünün şəklini qoyub.
Bundan başqa Ferrari komandası da saydpodların üzərinı Niki Laudanın adını yazıb. Digər komandalar da bolidlərin üzərində Laudaya aid yazılar qoyaraq əfsanəvi sürücünü yad ediblər.