Komandalar İspaniya QP-də yeni təkərləri test edəcəklər

Artıq iyulda Böyük Britaniya Qran Prisində Pirelli-nin quru tras üçün yeni təkərlər təqdim edəcəyi məlumdur.

F-1.az xəbər verir ki, çempionatın təkər təchizatçısı yeni növ tərkiblərə gələn il keçməyi planlaşdırsa da, yüksək sürət və asfaltayatma qüvvəsinə görə həmin addımı bu ildən atmaq qərarına gəlib.

Komandalar yeni təkərləri yayın əvvəlində baş tutacaq İspaniya Qran Prisində qiymətləndirə biləcəklər. Cümə günü Barselonada keçiriləcək məşqlərdə hər bir sürücü sınaq və qiymətləndirmə üçün əlavə iki dəst yeni təkər alacaq.

Mario İzola: “Mövsümün ilk yarışlarında 2023-cü il maşınlarının keçən illə müqayisədə nə qədər sürətli olduğunu gördük. Bu, bütün on komandanın qeyri-adi inkişaf tempi ilə bağlı idi. Məsələn, Mayamidə poul dərəcəsi keçən illə müqayisədə demək olar ki, iki saniyə daha sürətli idi. Əvvəlki yarışlarda da eyni səviyyədə irəliləyiş gördük.

Yeni məhsulun simulyasiyalarını apararkən biz təkcə müştərilərin bəyan etdiyi sürət tələblərinə cavab verən təkərlər yaratmağa deyil, həm də onlara tez reaksiya vermək üçün potensial problemləri müəyyən etməyə çalışırıq. Yeni təkər spesifikasiyası 2024-cü il mövsümü üçün hazırlanmış materiallardan ibarətdir, təkərlərin trasda performansına və idarəetməsinə təsir göstərmədən onları daha dayanıqlı edəcək.

Bütün komandaların yeni dizaynı bərabər şəraitdə sınaqdan keçirə bilməsi üçün Pirelli cümə günü İspaniya Qran Prisinin birinci və ikinci məşq sessiyalarında hər sürücüyə əlavə iki təkər dəsti təqdim edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*