İtaliyanın Autosprint qəzeti xəbər verib ki, FİA müəyyən xidmətləri komandalar üçün pullu etmək əzmindədir. Söhbət əvvəllər pulsuz olmuş hava proqnozu (federasiya ilə müqaviləyə əsasın bu xidməti bütün traslarda Fransanın Meteo Franse bürosu yerinə yetirir) və maşınların trasda vəziyyətinin müəyyən edilməsi (GPS cihazları vasitəsilə) kimi xidmətlərdən gedir.
Çempionatın traslarında Meteo France-ın mütəxəssisləri iki hava radarı quraşdırır, onlar Aspic sisteminə qoşulur və hər dəqiqə aktual proqnozu verməklə yağışın ehtimalını və yağıntının mümkün miqdarını qiymətləndirirlər, bundan sonra federasiya yarışın statusunu müəyyən eidr (quru və ya yağışlı), komandalar isə keçid və ya yağış təkərlərindən istifadə etmək qərarını qəbul edirlər.
GPS cihazları Formula1 maşınlarında bir neçə il əvvəl peyda olub – Qran Pri günlərində federasiyanın müxtəlif xidmətləri qəzalara operativ reaksiya verə bilirlər, digər vaxtlarda isə testlərə qadağaya nəzarəti etmək mümkün olur – ECU işə düşən kimi cihaz avtomatik siqnal buraxır. Uik-end zamanı komandalar cihazın köməyi ilə maşını vaxtında trasa buraxa bilirlər və ya pit-stop üçün optimal vaxt seçə bilirlər…