F-1.az xatırladır ki, gələn ildən etibarən təqvimdə 22 yarış olacaq. Hazırda hər sürücü iki MGU-K generatorundan istifadə edə bilər. Lakin 12 yarışdan sonra 6 sürücü bu limiti keçib.
Siril Abitebul: “Bu, məntiqli qərardır. 2021-ci il üçün planlaşdırılsa da, məcburən 2020-ci ildə tətbiq edəcəyik. Düzdür, bununqəbil etdirmək çətin oldu. Macarıstanda razılaşsaq da, yay tətilində insanlar sözlərini tutmadılar. Lakin axırkı buna nail olduq. Hazırda üç daxiliyanma mühərriyinə, iki MGU-K generatoruna icazə verilir. Bunlar arasında tutarsızlıq var və mexaniklər üçün xaos əmələ gəlir. MGU-K daxiliyanma mühərriyin üzərində qurulur. Buna görə də hər ikisi eyni sayda olmalıdır. Formula1-dəki bəzi komandalar buna əhəmiyyət verməsə də, bizimçün vacibdir. Xüsusilə təqvimdə yarışların sayı artır”.