Komandalar Formula1-in səhmdarları olmaq istəyirlər

Formula1 komandaları sadəcə yarışlarda iştirak etməklə kifayətlənmək istəmirlər. Türkiyə Qran Prisi çərçivəsində baş tutmuş FOTA-nın növbəti iclasında Formula1-in kommersiya hüquqlarını […]

Formula1 komandaları sadəcə yarışlarda iştirak etməklə kifayətlənmək istəmirlər. Türkiyə Qran Prisi çərçivəsində baş tutmuş FOTA-nın növbəti iclasında Formula1-in kommersiya hüquqlarını almaq istəyən News Corporation şirkətinin nümayəndələri ilə görüşmək qərara alınıb ki, gələcəkdə çempionat iştirakçıları da çempionatın həmsahibi olsunlar.

FOTA-nın prezidenti və McLaren komandasının başçısı Martin Uitmarş əmindir ki, bu addım gələcəkdə çempionata stabillik təmin edəcək. Kolleqaları ilə görüşdən sonra Martin jurnalistlərə bildirib ki, “məncə, yekunda komandaların məqsədi kommersiya hüququnun əldə olunmasıdır. Çünki komandalara hər şeydən əvvək stabillik vacibdir. Biz əmin olmaq istəyirik ki, vəziyyət stabildir, bunun üçün idmana sərmayə axınına təminat vermək lazımdır. Komandalar idmanın əldə etdiyi gəlirdən pay almalıdırlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*