Komandalar çempionata daha yüksək giriş haqqı tələb edirlər

Şayiələrə görə, yeni Razılıq Müqaviləsi müzakirə edilərkən Formula1 komandaları dünya çempionatında iştirak etmək istəyən yeni komandaların giriş haqqının əhəmiyyətli dərəcədə artırılmasında israr edirlər.

F-1.az xəbər verir ki, çempionata gəlmək istəyən komanda üçün məbləğ onsuz da çox böyük idi – hər bir yeni üzv digər komandaların mümkün maliyyə itkilərini kompensasiya etmək üçün 200 milyon dollar ödəməli idi və indi onun 700 milyon dollara çatdırılması müzakirə olunur.

Mənbələr bu mövqeyi müdafiə edərək, Formula1-də olmağın hazırkı dəyərini giriş haqqının 650 milyon dollar olduğu NHL-də debüt xərcləri ilə müqayisə edirlər.

Belə tədbirlər görülsə, Formula1-ə yeni komandaların gəlməsi ilə bağlı onsuz da çətin olan vəziyyət xeyli çətinləşəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*