Britaniya mətbuatı maraqlı xəbər yayıb – Barselonada FOTA-nın iclasında komandalar Bəhreyndəki vəziyyətlə əlaqədar gizli razılığıa gəliblər. Komandalar Bəhreynə getmək istəmirlər və mərhələnin təxirə salınmasına təkid edirlər, amma Razılıq Müqaviləsinə əsasən əgər FİA və FOM yarışı təxirə salmasalar, Qran Pridə iştirak etməlidirlər.
Siyasi böhrandan və təhlükəsizlik təminatının olmamasından başqa Bəhreynə səfər çoxsaylı əlavə faktorlarla çətinləşir – bəzi sponsorlar öz loqotiplərini faciənin fonunda görmək istəmirlər, sığorta şirkətləri isə komandalar qarşısındakı öhdəliklərindən imtina edirlər, çünki hərbi hadisələr sığorta müqavilələrində əks olunmayıb.
Dünən axşam Britaniya və ABŞ hökumətləri öz vətəndaşlarına Bəhreynə getməməyi məsləhət görüblər, amma yekunda hər şey çempionat rəhbərliyinin qərarından asılıdır. Əgər qərar müsbət olarsa, şayiələrə görə, top-komandalardan biri Bəhreyn mərhələsini boykot etməyə hazırdır…