Bu həftə çempionat iştirakçıları iki trasda qış testlərini davam etdirəcəklər – Ferrari, BMW Sauber və Toyota Bəhreyndə Saxir trasında, McLaren, Williams, Renault, Red Bull və Toro Rosso isə İspaniyanın Xeres trasında işləyəcəklər. Yalnız Toro Rosso komandası keçənilki maşının keçid versiyası ilə işləyir, Sebastyen Buemi və Sebastyen Burdenin hər biri iki gün sükan arxasında çalışacaqlar. Digər komandalar testlərə yeni maşınlarla qatılacaqlar.
Bugünkü testlərin ilkin nəticələri bir neçə saatdan sonra saytımıza qoyulacaq, qeyd edək ki, Force İndia və Honda Racing komandaları bu il testlərdə iştirak etməyiblər…