Mövsümöncəsi testlərin dördüncü seriyası iki gün sonra Barselonada start götürəcək. Bu gün komandalar testlərdə hansı sürücülərın işləməsi qrafikini dərc ediblər. Testlərdə keçən həftə olduğu kimi on bir komanda çalışacaq, Campos və US F1 komandaları isə ya birbaşa Bəhreynə gələcəklər, ya da heç çempionatda iştirak etməyəcəklər.
Bəzi komandalar (Ferrari, Force İndia, Renault, Sauber, Toro Rosso və Williams) ilk iki günü bir sürücü ilə, sonrakı iki günü digər sürücü ilə işləyəcəklər. Bəzi komandalar isə (McLaren, Mercedes GP və Red Bull) hər gün bir sürücü ilə işləyəcəklər. Lotus komandası isə keçən hətfə olduğu kimi ehtiyat sürücü Fayruz Fauzi ilə testlərə başlayacaq, amma bu həftə iki gün sükan arxasında Yarno Trulli, sonuncu gün isə Heykki Kovalaynen işləyəcək.
Hava proqnozu quru və isti hava vəd edir, amma hər gün yağış yağa bilər, yağışın yağma ehtimalı 10-20% arasında dəyişir…
Komandalar | 25 fevral | 26 fevral | 27 fevral | 28 fevral |
McLaren | C.Batton | L.Həmilton | C.Batton | L.Həmilton |
Mercedes GP | N.Rosberq | M.Şumaher | N.Rosberq | M.Şumaher |
Red Bull | M.Uebber | S.Fettel | M.Uebber | S.Fettel |
Ferrari | F.Alonso | F.Alonso | F.Massa | F.Massa |
Williams | N.Hülkenberq | N.Hülkenberq | R.Barrikello | R.Barrikello |
Renault | V.Petrov | V.Petrov | R.Kubitsa | R.Kubitsa |
Force İndia | V.Liutsi | V.Liutsi | A.Sutil | A.Sutil |
Toro Rosso | X.Algersuari | X.Algersuari | S.Buemi | S.Buemi |
Lotus | F.Fauzi | Y.Trulli | Y.Trulli | H.Kovalaynen |
Virgin | L.di Qrassi | L.di Qrassi | T.Qlok | T.Qlok |
Sauber | P.de la Rosa | P.de la Rosa | K.Kobayaşi | K.Kobayaşi |