Komandalar 2017-ci ilin mövsümöncəsi testləri barədə razılığa gəliblər

Testlərin Barselonada keçirilməsinə qərar verilib.

F-1.az xatırladır ki, gələn il mövsümöncəsi testlərin daha isti bir bölgədə keçirilməsi barədə söhbətlər gəzirdi. Lakin komandaların rəsmiləri hər şeyi nəzərə alaraq testlərin Avropada keçirilməsinin daha məntiqli olacağı barədə həmfikir olublar.

Testlərin keçiriləcəyi günlər də məlum olub. Mövsümöncəsi ilk testlər 27 fevralda başlayacaq və 4 gün davam edəcək. İkinci və son mövsümöncəsi testlər isə 7-10 mart tarixləri arasında baş tutacaq.

Daha əvvəl də qeyd etdiyimiz kimi, mövsümün ilk yarışı olacaq Avstraliya Qran Prisinin 26 martda keçiriləcəyi gözlənilir.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*