F-1.az xəbər verir ki, komanda rəhbərləri yeni sıralanma turu formatına görə Bəhreyndə FOM və FİA rəhbərliyi ilə görüşəcəklər. Bu barədə Mercedes Motorsports-un başçısı Toto Volff xəbər verib: “Şənbə gününün Melburndakından fərqli olacağını düşünmürəm. Bazar gün təşkil olunacaq yığıncaqda bu məsələ bir daha müzakirə olunacaq. Formatın dəyişdirilib-dəyişdirilməyəcəyi ondan sonra bilinəcək”.
Xatırladaq ki, Avstraliyada da yığıncaq təşkil olunmuş, amma komandalar formatın dəyişdirilməsinə nail ola bilməmişdilər…