F-1.az xəbər verir ki, lisenziyanın dəyəri baza dəyərindən (10 400 avro) və hər bir xala görə ödənilən dəyərin (2 100 avro) cəmindən ibarətdir.
Biz artıq xəbər vermişdik ki, ötən mövsümün liderləri üçün super lisenziya heyranedici məbləğə başa gələcək.
Bu il 454 xal toplayan Maks Ferstappen FİA-ya 963 800 avro ödəməlidir. Bununla belə, Red Bull şirkətinin avtoidman məsləhətçisi Helmut Marko komandanın Maksın super lisenziyasını ödəyəcəyini söyləyib.
“Bildiyim qədər, Maksın müqaviləsində deyilir ki, super lisenziyanın haqqını komanda ödəyəcək”, – deyə Marko bildirib.
Sonda bildirək ki, Red Bull komandasının 2023-cü il mövsümü üçün çıxış haqqı isə 6 milyon ABŞ dollarından çox olub.