F-1.az xatırladır ki, bir neçə gün əvvəl çempionatın saytında sürücülərin özləri mövsümün ilk onluğunu tərtib ediblər.
Bu dəfə isə 10 komandanın başçısının hər biri eyni qaydada son mövsümün ən güclü 10 sürücüsünün siyahısını tərtib edib. Hər bir başçı öz komandasının sürücülərinə də yer ayıra bilib. Daha sonra ilk onluğa daxil olan sürücülər adi xal sistemi üzrə dəyərləndiriliblər: 25 – 18 – 15 – 12 – 10 – 8 – 6 – 4 – 2 – 1. Xallar hesablandıqdan sonra məlum olub ki, Maks Ferstappen elə bu reytinqin də ən yaxşısı seçilib.
Komanda başçılarına görə 2023-cü ilin ilk 10 sürücüsü
2023 vs 2022 | Sürücü | Komanda |
= | 1. Maks Ferstappen | Red Bull |
+ 6 | 2. Fernando Alonso | Aston Martin |
+ 3 | 3. Lando Norris | McLaren |
– 2 | 4. Şarl Lekler | Ferrari |
– 1 | 5. Lyuis Həmilton | Mercedes |
+ 1 | 6. Karlos Sayns | Ferrari |
* | 7. Oskar Piastri | McLaren |
* | 8. Aleks Əlbon | Williams |
– 6 | 9. Corc Rassell | Mercedes |
– 5 | 10. Serxio Peres | Red Bull |
* – keçən il sürücü bu sorğuda ilk onluğa düşməyib